Almali qurabiye.

Alma və darçının dueti olan şirniyyatlar çox ləzzətli olur. Bu qurabiyələr də həm formasına, həm də dadına görə fərqlənir. Bişirib dadına baxmağınızı məsləhət görərdim.

Lazım olan ərzaqlar:

  • 200 qr kərə yağı
  • 120 qr şəkər tozu
  • 2 yumurta
  • 100 ml süd
  • 2 çay qaşığı qabartma tozu
  • 2 çay qaşığı vanil ekstraktı
  • 500 qr un

İçlik:

  • 1 kq alma
  • 5 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı kərə yağı
  • 30 ml su
  • yarım limonun suyu
  • darçın zövqə görə

Üzəri üçün şəkər kirşanı

Əvvəlcə yumşalmış kərə yağını şəkər tozu ilə qarışdırın.

Sonra bura yumurtaları, süd, vanilin əlavə edib qarışdırın.

Bir çimdik duz töküb, unu ələkdən keçirib bura qatın.

Xəmiri yoğurub, sellofana büküb soyuducuda 1 saat saxlayın.

İçlik üçün almaları soyun, tumunu təmizləyib sürtkəcin böyük gözündən keçirin. İçlik üçün lazım olan digər ərzaqları da əlavə edib odun üzərinə qoyun və bütün maye buxarlanana qədər orta odda bişirin. İçliyi tam soyudun.

Sobanı 180 dərəcədə isidin.

Xəmiri kündələrə ayırıb (təxminən 4 kündəyə) taxta üzərinə bir az un səpib təxminən 3 mm qalınlıqda yayın və  üçbucaqlar formasında bölün.

Şəkildə göstərildiyi kimi hər üçbucağı kəsin və ortasına içlik qoyub əvvəl bir tərəfini, sonra digərini bükün.

Qurabiyələri soba üçün qaba yığıb 15-20 dəqiqə bişirin.

Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Almali qurabiye

Almali qurabiye

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...