Ananasli salat.

Mart-Aprel ayları Çində ananasın mövsümüdür. Pekində küçələrdə təmizlənmiş və doğranmış ananaslar satılır. Ölçüsündən asılı olaraq qiyməti 50 qəpik-1 manat arasında dəyişir. Əgər ananası bütöv alsanız onu xüsusi bıçaq vasitəsilə və ya adi iti bir bıçaqla təmizləyə bilərsiz. Bunu necə rahat etməyin yolunu sizə sonrakı paylaşımlarımda göstərəcəyəm.

Bu da ananas satıcılarından biri.. 🙂

Sizə təqdim etdiyim Hawaii salatı çox fərqli, yüngül bir salatdır.

Ekzotik dadları sevənlər bu salatı qiymətləndirərlər.

Ərzaqlar:

  • Ananas 1 ədəd (1 banka konserv ananas ilə də əvəz etmək olar)
  • 1 toyuğun döş əti (təxminən 350-400 qr)
  • 1 stəkan qoz
  • Mayonez
  • Smetan
  • Duz
  • İstiot

Hazırlanması:

  1. Toyuğun döş ətini qaynadıb əlinizlə didin və ya bıçaqla doğrayın.
  2. Ananası çox da xırda olmamaq şərti ilə doğrayın.
  3. Qozu bıçaqla bir az iri hissələr olmaqla doğrayın.
  4. Smetan,mayonez,duz və istiotu zövqə görə əlavə edib qarışdırın.
Ananasli salat

Ananasli salat

Hazırlanması sadə, dadı fərqli və ləzzətli olan salatımız hazırdı.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...