Toyuq salati.

Ananaslı salatları çox sevirəm, xüsusən də toyuq və ananasın duetini. Bu salat da başqa ananaslı salatlar kimi çox ləzzətli və asan hazırlanandır. Siz də hazırlayıb qiymətləndirin.

Lazım olan ərzaqlar:

  • 250 qr toyuq döş əti
  • 5-6 halqa konserv ananas
  • 350 qr konserv qarğıdalı
  • 3 yumurta
  • 100 qr holland pendiri
  • mayonez
  • xama
  • duz
  • istiot

Toyuğun döş əti və yumurtaları suda qaynadın.
Mayonez və xamanı hərəsindən bərabər ölçüdə qarışdırın.
Mən bu cür qat-qat salatlarda mayonezi əlavə etmək asan olsun deyə tort bəzəmək üçün olan hazır bir dəfəlik krem torbalarına töküb, ucunu kiçik kəsib istifadə edirəm.
Döş ətini xırda didib boşqabın içinə yayıb duz və istiot vurun. Üzərindən mayonez tökün.

2ci qata qarğıdalının suyunu süzüb əlavə edin və mayonez tökün.

Ananasları doğrayıb 3cü qata düzün və üzərinə mayonez əlavə edin.

Yumurtaları sürtkəcdən keçirib salata əlavə edin və duz, istiot, mayonez vurun.

Ən üstə holland pendirini sürtkəcdən keçirib tökün.

Nuş olsun!

Toyuq salati

Toyuq salati

Toyuq salati

Toyuq salati

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...