Badimcanli resept – Çin üsulu

Hərdən gündəlik eyni yeməklərdən, dadlardan yorulub nə isə fərqlilik atarırıq. Belə olanda Çin mətbəxi köməyimizə çata bilər. Çin mətbəxi olduqca zəngin, onlarla müxtəlif sousları və dad çalarları olan bir mətbəxdir. Bu reseptdə sizə hamıya tanış olan ərzaqlarla sadə və tez hazır olan, lakin ləzzəti Çini xatırladan bir yemək təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • 3-4 orta ölçülü kartof
  • 3 ədəd böyük badımcan
  • 1 ədəd yaşıl bibər
  • 2-3 xörək qaşığı soya sousu
  • 3/4 stəkan su
  • qızaqrtmaq üçün bitki yağı
  • 2 xörək qaşığı kartof nişastası
  • 1 diş sarımsaq
  • duz

Kartofları soyub halqa şəklində doğrayıb bitki yağında qızardın. Sonra kartofları başqa qaba yığın.

Həmin yağda badımcanları yarım halqa şəklində doğrayıb qızardın.

Badımcanlar yumşalanda üzərinə qızarmış kartofu, bolqar bibərini doğrayıb, soya sousu,bir diş sarımsağı əzib,duz və nişastanı 3/4 stəkan su ilə qarışdırıb əlavə edib hamısını birlikdə nişasta qatılaşıb şəffaflaşana qədər bişirin ( təxminən 3-4 dəqiqə) və altını söndürün.

Süfrəyə qaynadılıb süzülmüş düyü ilə verə bilərsiniz.

Nuş olsun!

Badimcanli resept - Çin üsulu

Badimcanli resept – Çin üsulu

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...