Balqabaq deserti.

Payız ayları balqabağın bol olduğu vaxtlardır balqabağı mümkün qədər çox işlətmək lazımdır. Çünki onun faydaları saydıqca bitməz. Balqabaqla bir çox yeməklər var. Bu reseptdə isə balqabaqdan dadlı bir desert hazırlayacağıq.

Lazım olan ərzaqlar:

  • 500 qr balqabaq
  • 250 qr şəkər tozu
  • 100 qr qoz

Balqabağı soyub, təmizləyib doğrayın. Üzərinə şəkər tozu səpib 3-4 saat soyuducuda saxlayın. Əgər vaxtınız çoxdursa, 1 gecə də saxlamaq olar. Bu vaxt ərzində balqabaq sulanacaq və şəkər tozu əriyəcək. Sonra qazın üzərində balqabaq bir az yumşalana qədər bişirin.

Balqabaqları soba qabına yığıb şirəsini üzərinə tökün və 10-15 dəqiqə 200 dərəcədə bişirin.

Bişmiş balqabağı qoz ilə süfrəyə verin.

Nuş olsun!

Balqabaq deserti

Balqabaq deserti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...