Besamel souslu badimcan.

Beşamel souslu badımcan

Beşamel souslu badımcan

Fransız mətbəxi müxtəlif souslar ilə zəngindir. Bunlardan ən məşhuru isə beşamel sousudur. Bəzən bu sousa “ağ sous” da deyirlər. Əsrlər boyu bu sous kulinariyanın favoriti hesab olunur, ancaq hələ də bu sousun hansı ölkənin mətbəxinə aid olduğu barədə mübahisələr davam edir. Bəzən beşamel sousunun İtalyan mətbəxinə də aid olduğu bildirilir.
Süd, yağ və undan hazırlanan bu sousa müxtəlif ədviyyatlar qatılaraq fərqli dadlar əldə etmək olar. Beşamel sousu ət, toyuq, balıq və tərəvəz yeməkləri ilə əla uyğunlaşır. Bu sousu necə hazırlamağı isə bu reseptdən öyrənə bilərsiz. Ət və tərəvəzlər ilə birlikdə çox ləzzətli bir yemək alınır.

Lazım olan ərzaqlar:

  • 2 böyük badımcan
  • 500 qr ət
  • 1 soğan
  • 2 böyük pomidor
  • 1 yaşıl bibər
  • duz
  • istiot
  • qızartmaq üçün yağ

Sous üçün:

  • 2-3 x.q. kərə yağı
  • 2 x.q. un ( dolu olmayan)
  • 2 st. süd
  • duz
  • istiot

Üzəri üçün :

  • 200 qr holland pendiri

Badımcanları ara bir soyub, nazik, uzun fallar şəklində doğrayıb duzlayın, 20-30 dəqiqə kənara qoyun.

Sonra soyuq su ilə yuyub, yağda azca qızardıb salfetin üzərinə düzün ki, artıq yağı çəkilsin.

Əti doğrayıb tavada suyunu çəkənə qədər bişirin.

Ətin suyu çəkiləndə soğanı xırda doğrayın, bibəri də doğrayıb ətin üzərinə əlavə edib bişirin.

Pomidoru sürtkəcdən keçirib və ya xırda doğrayıb bura əlavə edin, yarım stəkan da su əlavə edib,duz və istiotunu töküb qapağı bağlı şəkildə bişirin.

Ət bişən müddətdə beşamel sousunu hazırlayaq.
Bunun üçün un və yağı bir kiçik qazana qoyub az odda qovuraq.

Sonra südü əlavə edib çırpma telı ilə tez-tez qarışdırın ki, un toparlanmasın. Duz və istiotunu da əlavə edin. Sous qatılaşanda kənara çəkin.

Qızartdığınız badımcanları soba qabına düzün.

Üzərindən əti tökün.

Sonra beşamel sousunu yemeyin hər tərəfinə tökün.

Ən üstə sürtkəcdən keçirilmiş holland pendiri səpin və sobada 180 dərəcədə 20-30 dəqiqə bişirin.

Beşamel souslu badımcan yeməyimiz hazırdı.

Nuş olsun! 🙂

Besamel souslu badimcan

Besamel souslu badimcan

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...