Beze resepti.

Ağızda əriyən, yüngül və ləzzətli bezelərə heç kim biganə qalmayacaq. Çay və ya kofe ilə əla seçim ola bilər.

Çox asan və tez başa gələn bir reseptdir. Əminəm ki, siz də çox bəyənəcəksiniz.

Lazım olan ərzaqlar:

  • 100 qr şokolad
  • 3 yumurta ağı
  • 100 qr şəkər tozu (0,5 stəkan)

Şəkər tozu və yumurta ağlarını su hamamında şəkər əriyənə qədər qarışdırırıq.

Şokoladı da su hamamında əridirik.

Yumurta ağı və şəkər tozu ilə olan məhlulu isti halda Bosch MUM 5 kombaynının qabına töküb ağarıb yüksək pik həddinə çatana qədər çaldım.

Sonra bezeye ərimiş şokoladı töküb qaşıqla qarışdırın.

Sobanın tavasına kalka kağızı salıb qaşıqla bezeləri qoyun.

Bu ərzaqlardan 9 beze böyük alındı.

100 dərəcəli sobada 1-1.5 saat quruyana qədər bişirin.

Nuş olsun!

Beze resepti

Beze resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...