Biber dolmasi

İçi doldurulmuş bibər dolması nahara və ya şam yeməyinə əla seçim ola bilər. Siz bu yeməyi qonaqlarınız üçün də hazırlaya bilərsiniz. Bibərlər çox dadlı və yumşaq alınır, üzərinə tökülən sous isə xüsusi ləzzət qatır. Hazırlanması çətin olmayan, süfrədə gözəl görünən bu yeməyin reseptini sizə təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • 400 qr çəkilmiş mal əti
  • 6-8 ədəd bibər
  • 2 xörək qaşığı yumru düyü
  • 2 ədəd pomidor
  • 1 kiçik kök
  • Soğan 1 baş
  • 1 xörək qaşığı tomat pastası
  • bitki yağı
  • duz
  • istiot

Düyünü yuyub suda bir az duz əlavə etməklə qaynadın.
Çəkilmiş ətə soğanı xırda doğrayıb və ya ətçəkən maşında çəkib qatın və qovurun.

Kökü sürtkəcdən keçirin, pomidorları soyub sürtkəcdən keçirib ətə qatın və suyu çəkilənə qədər bişirin.

Qaynanmış düyünü süzüb içliyə qatın.

Bibərlərin başını qapaq kimi kəsib, içini təmizləyib bitki yağında hər tərəfini bir az qızardın.

Bibərlərin içini içliklə doldurun.

Bibərləri qızartdığınız tavaya düzüb üzərinə 1/3 stəkan suda 1 xörək qaşığı tomat pastasını açıb əlavə edin və az odda 40 dəqiqə bişirin.

Nuş Olsun!

Biber dolmasi

Biber dolmasi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...