Bulki resepti sokoladli pastali

Bulki resepti sokoladli pastali

Bulki resepti sokoladli pastali

Soyuducuda qalan şokolad pastasını nəyə istifadə etməyi düşünürsüzsə bu resept köməyinizə çata bilər. Yumşaq mayalı xəmir və şokolad pastalı bu mütəkkələr çox ləzzətlidir. Səhər yeməyinə yeyə və ya uşaqlarınızın məktəb çantasına da qoya bilərsiniz.

Lazım olan ərzaqlar:

  • 500 qr un
  • 150 qr yumşaldılmış kərə yağı
  • 70 ml süd (yarım stəkandan az)
  • yarım stəkan su
  • 2 yumurta
  • yarım stəkan şəkər tozu
  • 1 çay qaşığı maya
  • bir çimdik duz
  • şəkərli vanilin
  • 1 banka şokolad pastası

Unu bir qaba ələyin. Digər qabda yumşaq kərə yağı, yumurta, su, süd, duz, şəkər tozu, vanili, mayanı qarışdırıb, bu qarışımı az-az una əlavə edərək xəmir yoğurun. Məndə aktiv maya olduğu birbaşa xəmirə əlavə edirəm. Əgər sizdə maya aktiv deyilsə onda südü ilıq edib mayanı ora töküb qarışdırın və köpüklənəndə xəmirə əlavə edib yoğurun.
Xəmiri çörək bişirən aparatda da yoğura bilərsiniz. Bunun üçün sadəcə bütün ərzaqları qaba töküb xəmir yoğurma rejiminə qoyun.
Xəmirin üzərini örtüb isti yerdə 1-1,5 saat saxlayın.

Xəmir mayalandıqda çox kiçik olmayan kündələrə ayırıb yayın. Xəmiri nə çox nazik, nə də qaln yayın. Sonra şəkildə göst
rildiyi kimi üçbucaqlar şəklində kəsib hər üçbucağın aşağı tərəfinə 1 çay qaşığı şokolad pastası qoyun.

Sonra xəmirin kənarlarını içəriyə edərək mütəkkə formasında bükün. Xəmirin kənarlarını bir qədər sıx bağlayın ki, bişəndə şokolad pastası axmasın. Tavanı yağlayın mütəkkələri düzün, üzərini örtüb 15-20 dəqiqə saxlayın. Sonra üzərinə yumurta çəkib əvvəlcədən isidilmiş sobada 190 dərəcədə 30-35 dəqiqə bişirin.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...