Cin yemekleri.

Funçoza Asiya mətbəxində (Çin, Koreya,Yapon) istifadə olunan, xüsusi nişastadan hazırlanan əriştə növüdür. Bu əriştə şəffaf olması ilə fərqlənir. Bu resept funçozadan hazırlanan bir salat reseptidir. Amma isti yemək kimi də yeyilə bilər. Çox dadlı və tutumludur.

Lazım olan ərzaqlar:

  • 1 paket Funçosa əriştə
  • 300 qr mal əti
  • 1 ədəd böyük kök, 1 ədəd qırmızı şirin bibər, 1 ədəd kiçik soğan
  • duz
  • istiot
  • soya sousu
  • 1 diş sarımsaq
  • qızartmaq üçün zeytun yağı

Əti nazik uzun-uzun doğrayıb çox az zeytun yağında az odda bişirin.

Ət yumşalanda üzərinə duz, istiot, 2 x.q. soya sousu və bir diş sarımsağı əzib qarışdırın. Ət hazır olada altını söndürün.

Ayrı bir tavada soğanı yarımhalqa doğrayıb bitki yağında bişirin.

Kökü uzun-uzun doğrayıb soğanın üzərinə əlavə edin.

Bibəri də nazik, uzun doğrayıb bura əlavə edin və bütün tərəvəzləri bir az pörtün, tam bişirməyin.

Funçoza əriştəsini qaynar suya əlavə edib 3-5 dəqiqə qaynadın və suyunu süzüb, ət və tərəvəzlər ilə qarışdırın.

Artıq salatı süfrəyə verə bilərsiz. Nuş olsun!

Cin yemekleri

Cin yemekleri

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...