Ciyelekli piroq.

Bu reseptlə çiyələk və kəsmiyin hesabına həm dadlı, həm də yüngül
piroq alınır. Sərin yay axşamlarında samovar çayı ilə içməyə ləzzətli şirniyyat axtarırsınızsa, bu resepti sınaya bilərsiniz.

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 2 yumurta
  • 3/4 stəkan şəkər tozu
  • 150 qr kərə yağı
  • 1 çay qaşığı qabartma tozu
  • 2,5 stəkan un
  • 1/3 stəkan süd

Kəsmikli qat üçün:

  • 400 qr kəsmik
  • 1 yumurta
  • 1 xörək qaşığı şəkər tozu

İçlik üçün:

  • 400 qr təzə çiyələk

Yaxşı olar ki, çiyələklər böyük olmasın. Onda kəsmikli qat çiyələkləri tam örtəcək. Əgər böyükdürsə onda bıçaqla daha kiçik doğrayıb istifadə edin.

Xəmir üçün iki yumurtanı şəkər tozu ilə ağarıb köpüklənə qədər çalın.

Burg süd, qabartma tozu əlavə edib qarışdırın.

Un ilə yumşalmış kərə yağını umac halına gətirin.

Hər iki qarışımı bir birinə qarışdırıb xəmir hazırlayın, xəmir yapışqan alınır.

Kəsmikli qat üçün blender vasitəsi ilə kəsmik, yumurta və şəkər tozunu eynicinsli məhlul halına gələnə qədər qarışdırın.

Sobanın qabına perqament kağızı salıb xəmiri üzərinə yayın.

Çiyələkləri əvvəlcədən yuyub, qurudub, təmizləyin. Xəmirin üzərinə bu şəkildə düzün.

Kəsmikli məhlulu çiyələklərin üzərindən tökün.

Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə 40-45 dəqiqə bişirin.

Soyudub qabdan çıxarın.

Artıq süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Ciyelekli piroq

Ciyelekli piroq

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...