Duyu zapekankasi resepti

Bu dəfə sizə sobada hazırlanan yüngül, ətirli və dadlı düyü yeməyinin reseptini təqdim edirəm.

Evdə hazır bişmiş düyünüz varsa bu resept lap yerinə düşər.

Lazım olan ərzaqlar:

  • 2 x.q. xama
  • 2 yumurta
  • 400-500 qr çəkilmiş mal əti
  • 1 stəkan düyü
  • 1 soğan
  • 150-200 qr holland pendiri
  • 4-5 pomidor
  • istiot
  • duz

Düyünü yuyub, suyunu süzüb 1 xörək qaşığı duz əlavə olunmuş suda qaynadıb süzün.

Çəkilmiş əti xırda doğranmış soğan ilə duz, istiot, sarıkök vurub qovurun.

Holland pendirinin 2/3 sini sürtkəcdən keçirin.

Düyünü, qovrulmuş əti, holland pendirini və yumurtaları bir qabda qarışdırın.

Bu qarışımı soba üçün qaba yayıb üzərinə xamanı çəkin.

Pomidorları nazik halqalar şəklində doğrayıb xamanın üzərindən düzün və sobada 190 dərəcədə 15-20 dəqiqə bişirin.

Sobadan çıxarıb holland pendirinin qalan hissəsini də sürtkəcdən keçirib yeməyin üzərinə səpin və yenidən sobaya qoyun.

Pendir əriyəndə yeməyi sobdan çıxarın.

Nuş olsun!

Duyu zapekankasi resepti

Duyu zapekankasi resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...