Ekler resepti.

Ekler Fransız dilindən tərcümədə ildırım deməkdir. Bu ad pirojnanın çox az sayda və sadə ərzaqlarla asan hazırlanmasına görə qoyulub. 18ci əsrin sonlarında meydana gələn bu desert hal-hazırda bütün dünyada məşhurdur.
Klassik ekler bişmə kremlə hazırlanır, bu dəfə mən qatılaşdırılmış südlü kremdən istifadə etmişəm. Siz istənilən kremi içlik kimi istifadə edə bilərsiniz.

Lazım olan ərzaqlar:

  • 1 stəkan un
  • 1 stəkan su
  • 4 böyük yumurta
  • 100 qr kərə yağı

Krem üçün:

  • 1 banka qatılaşdırılmış süd (380 qr)
  • 200 qr kərə yağı (yumşalmış)

Suyu və kərə yağını bir qazanda qazın üzərinə qoyun. Yağ əriyib, su qaynayana qədər gözləyin.

Su qaynadıqda ələnmiş unu bura əlavə edin. Məhlulu dayanmadan qarışdırmaq lazımdır ki, un yumru topalar şəklinə düşməsin.

Alınan xəmiri ilıqlaşana qədər soyudun. Sonra bura bir-bir yumurtaları əlavə edib mikserlə qarışdırın.

Krem üçün qaba gül formalı başlıq keçirib xəmiri doldurun.

Sobanın qabına yapışmayan kağız salıb eklerləri uzun formada krem torbasından sıxın.

180-190 dərəcəli sobada üzəri qızarana qədər bişirin. Bişən müddətdə sobanı açmayın.

Hazır olan eklerləri soyudub kənardan bir az kəsib içərisinəqaşıq və ya krem torbası vasitəsilə krem doldurun.

Üzərinə şokoladlı qlazur çəkə bilərsiniz.

Mən daha çox sadə, şokoladsız sevdiyim üçün bu formada hazırladım.

Nuş olsun!

Ekler resepti

Ekler resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...