Eriste plov resepti

Əriştə plov Azərbaycan mətbəxində plovun digər növüdür. Hazır əriştəni qurudub şüşə və ya plastik qabda saxlaya və lazım olduqda istifadə edə bilərsiniz. Əriştənin əvəzinə xırda vermeşil də istifadə edə bilərsiniz. Bu plovun üzərinə soğan ilə qovrulmuş qiymə çox yaraşır.
Əriştənin hazırlanma qaydasını Xəmiraşı reseptində ətraflı yazmışam.

Lazım olan ərzaqlar:

  • 1,5 stəkan əriştə və ya xırda vermeşil
  • 1,5 stəkan düyü
  • Kərə yağı
  • Zəfəran
  • Cirə
  • Duz

Üzəri üçün:

  • 1 kq mal və ya qoyun əti
  • 1 ədəd böyük soğan
  • Duz
  • İstiot
  • Sarıkök

Qazmaq:

  • 1 yumurta
  • 3 xörək qaşığı qatıq
  • 1 stəkana qədər süzülmüş düyü və əriştə

Əriştə xəmiri üçün:

  • 1 stəkan un, 1 yumurta, 1 çay qaşığı duz

Əvvəlcə plovun üzəri üçün qiyməni hazırlayaq. Soğanı xırda doğrayıb yağda qızardın, üzərinə çəkilmiş əti, duz, istiot, bir az sarıkök əlavə edib qovurun.

Qurudulmuş əriştələri bir qədər kiçik hissələrə ayırıb yağsız, quru tavada qovurun.

Bir qazanda su qaynadıb duz əlavə edin. Əvvəlcə yuyulmuş düyünü töküb 5 dəqiqə bişdikdən sonra qızartdığınız əriştələri əlavə edib bişirin.

Düyü və əriştə nə çox yumşaq, nə də bərk olanda, normal yumşaqlıqda ocaqdan götürüb süzün.

Qazmaq üçün lazım olan ərzaqları bir qabda qarışdırın.

Qazanl isidib bir az kərə yağı töküb, qazmağı 1 sm qalınlığında yayın.

Süzülmüş düyü və əriştəyə dəmlənmiş zəfəran, cirə və ərinmiş kərə yağı əlavə edib qazmağın üzərindən qazana tökün.

Qazanın qapağına nəm bir dəsmal bağlayıb plovu dəmə qoyun. Dəmə qoyarkən qazanı birbaşa qazın üzərinə yox, dəmir və ya kiçik bir tavanın üzərindən qoyun. Plov təxminən  1 saata dəm alır. Qapağı götürdükdə düyüdən buxar çıxırsa bu plovun dəm aldığını göstərir.

Nuş olsun!

Eriste plov resepti

Eriste plov resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...