Gobelek supu.

Şampinyonlu və qaymaqlı şorba çox ləzzətli və ətirlidir. Qaymaq şorbaya xüsusi dad verir və göbələklə birlikdə ahəng yaradır. Bu şorba əldə olan ərzaqlarla çox asan və tez hazırlanır.

Lazım olan ərzaqlar:

  • 500 qr şampinyon göbələyi
  • 1 ədəd kartof
  • 1 ədəd soğan
  • 100 qr kərə yağı
  • 200 ml qaymaq
  • 1 litr toyuq bulyonu ( və ya adi qaynanmış su)
  • Duz
  • İstot

Kartofu soyun, doğrayıb toyuq bulyonu və ya suda bişməyə qoyun.

Soğanı xırda doğrayıb kərə yağında qızardın.

Göbələkləri də doğrayıb soğana əlavə edib birlikdə göbələyin suyu çəkilənə qədər bişirin.

Kartoflar bir az bişdikdən sonra qızartdığınız soğan və göbələyi bulyona əlavə edin, duz , istiot vurub 5-10 dəqiqə az odda qaynadın.

Ocaqdan götürüb şorbanı blenderdən keçirin.

Sonda qaymağı əlavə edib qarışdırın və 5 dəqiqə ocaqda saxlayıb qazanın altını söndürün.

Şorba süfrəyə verilməyə hazırdır!

Nuş olsun!

Gobelek supu

Gobelek supu

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...