Gobelekli yemek resepti

Tərəvəzlərlə bol olan bu ləzzətli və fərqli yeməyi axşam yeməyi üçün hazırlaya bilərsiniz.

Lazım olan ərzaqlar:

  • 300 qr toyuq döş əti
  • 250 qr şampinyon göbələyi
  • 2 ədəd yaşıl bibər
  • 1 ədəd soğan
  • 3 ədəd pomidor
  • 2 ədəd kartof
  • 1 xörək qaşığı tomat pastası
  • duz
  • istiot
  • bitki yağı
  • 200 qr holland pendiri

Soğanı xırda doğrayın, bitki yağında bir az qovurub üzərinə kub şəklində doğranmış toyuq ətini töküb qarışdırın.

Göbələk, bibər və kartofu da doğrayıb bura əlavə edin.

Pomidorları soyub doğrayıb tavaya əlavə edin. Bir qaşıq tomat pastasını yarım stəkan suya qarışdırıb bura tökün, duz, istiot vurub tərəvəzlər yumşalana qədər bişirin.

Sonra soba üçün qablara doldurub üzərinə sürtkəcdən keçirilmiş pendir töküb 190 dərəcədə pendir əriyənə qədər bişirin.

Süfrəyə isti-isti verin.
Nuş olsun!

Gobelekli yemek resepti

Gobelekli yemek resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...