Salam. Mən Müjgan Həsənli
FOOD
PHOTOGRAPHER
& STYLIST
Adım Müjgan, yemək bişirməyi, reseptlər və yemək haqqında
yazmağı, yeməklərin şəklini çəkməyi çox sevirəm. Ailəliyəm,
bir oğlum var. Mənə bu işdə həyat yoldaşım dəstək olur. 2012ci
ildə Azərbaycan Tibb Universitetini bitirib yeni qurduğum ailəmlə
birlikdə xarici ölkəyə köçdüm və bir müddət öz ixtisasımdan,
uzaq düşdüm. Xaricdə yaşadığım vaxt ərzində yeni maraqlarım
yaranmağa başladı və 2013-cü ildən müxtəlif reseptlər öyrənib
hazırlamağa başladım və sonralar bu yeməklərin daha gözəl
şəkillərini çəkmək istədim. Tədricən fotoqrafiyanın da sirrlərini
öyrəndim və 2014-cü ildə bu blogu yaratmağa qərar verdim.
Burada mən milli və xarici mətbəxlərdən olan reseptləri öz
mətbəximdə sınayıb addım şəkilləri ilə izahlı şəkildə paylaşıram.
Yemək hazırlamaqdan əlavə ikinci hobbim də həmin yeməklərin
şəklini çəkməkdir. Vaxt keçdikcə artıq bu hobbidən işə çevrilir və
mən food fotoqraf , yəni yeməklərin şəklini çəkən fotoqraf kimi də
fəaliyyət göstərirəm. Gələcəkdə isə mətbəx və qida ilə əlaqəli
studio açmaq arzularımdan biridir.
Adım Müjgan, yemək bişirməyi, reseptlər və yemək haqqında yazmağı,
yeməklərin şəklini çəkməyi çox sevirəm. Ailəliyəm, bir oğlum var. Mənə
bu işdə həyat yoldaşım dəstək olur. 2012ci ildə Azərbaycan Tibb Universitetini
bitirib yeni qurduğum ailəmlə birlikdə xarici ölkəyə köçdüm və bir müddət öz
ixtisasımdan, uzaq düşdüm. Xaricdə yaşadığım vaxt ərzində yeni maraqlarım
yaranmağa başladı və 2013-cü ildən müxtəlif reseptlər öyrənib hazırlamağa
başladım və sonralar bu yeməklərin daha gözəl şəkillərini çəkmək istədim.
Tədricən fotoqrafiyanın da sirrlərini öyrəndim və 2014-cü ildə bu blogu
yaratmağa qərar verdim. Burada mən milli və xarici mətbəxlərdən olan
reseptləri öz mətbəximdə sınayıb addım şəkilləri ilə izahlı şəkildə paylaşıram.
Yemək hazırlamaqdan əlavə ikinci hobbim də həmin yeməklərin şəklini
çəkməkdir. Vaxt keçdikcə artıq bu hobbidən işə çevrilir və mən food fotoqraf ,
yəni yeməklərin şəklini çəkən fotoqraf kimi də fəaliyyət göstərirəm. Gələcəkdə
isə mətbəx və qida ilə əlaqəli studio açmaq arzularımdan biridir.