Ispanaq yemekleri

İspanaq çox faydalı və dəmir elementi ilə zəngindir. Dadının biraz acı olmasına baxmayaraq sağlamlıq baxımından faydasına görə dünya mətbəxlərində salat və şorbalarda çox istifadə olunur. İspanaq vitaminlərlə zəngin olduğu üçün modern tibbdə xəstəliklərin müalicəsi üçün də geniş istifadə olunur. Xüsusilə uşaqların qidasında vacib yer tutmalı ərzaqlardandır.  Qaymaqlı ispanaq şorbasının tərkibi çox sadədir. Asan və tez hazırlanır.

Lazım olan ərzaqlar:

  • bitki yağı
  • 0.5 litr su
  • 2 böyük kartof
  • 3 dəstə ispanaq
  • 1 ədəd soğan
  • 200 ml qaymaq
  • duz, istiot

Soğanı soyub xırda doğrayıb bitki yağında qızardın.

Kartofları soyub kub şəklində doğrayın, üzərinə qaynar su töküb kartof yumşalana qədər bişirin.

İspanaqları əlavə edib duz, istiot töküb 3-4 dəqiqə bişirib altını söndürün.

Şorbanı blenderdə xırdalayıb üzərinı isti qaymaq əlavə edib qarışdırın.

Şorba hazırdır.

Nuş olsun!

Ispanaq yemekleri

Ispanaq yemekleri

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...