Keks resepti bananli sokoladli.

Bu ləzzətli keksin reseptini əl işlərini çox bəyəndiyim Fəridə xanımın Azcookbook blogundan götürmüşəm. Reseptdə sadəcə bir dəyişiklik edib, qozdan istifadə etməmişəm. Keks çox dadlı və ətirli alınır.

Lazım olan ərzaqlar:

  • 1 + 3/4 stəkan un
  • 1/4 stəkan kakao
  • 1 stəkan şəkər tozu
  • 1 çay qaşığı qabartma tozu
  • çay qaşığının ucunda soda
  • bir çimdik duz
  • 3 ədəd yetişmiş banan
  • 2 böyük yumurta
  • 1/2 stəkan ərinmiş kərə yağı
  • 1/2 stəkan xırdalanmış şokolad və ya damla şokolad
  • vani

Böyük bir qabda un, kakao, şəkər tozu, qabartma tozu, soda, duz və vanili qarışdırın.

Başqa bir qabda yumurtaları bir az çırpıb üzərinə bananları əzib tökün, yağı da əlavə edib hamısını qarışdırın.

Sonra bu qarışığı quru ərzaqlar olan unlu qarışığa əlavə edib qarışdırın. Xəmir nə çox qatı, nə də duru olmalıdır. Damla şokoladı da əlavə edib qarışdırın.

Keks qabını yağlayıb xəmiri tökün. 180 dərəcə isidilmiş sobada 1 saata qədər bişirin. Bir az soyudub qabdan çıxarın.

Ətirli və dadlı keksimiz hazırdır.

Nuş olsun!

Keks resepti bananli sokoladli

Keks resepti bananli sokoladli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...