Keks resepti.

Bu keks özlüyündə çox ləzzətlidir, tərkibinə qatılan rəngli quru meyvələr isə ona həm görünüşcə rəngarənglik, həm də əlavə ləzzət verir. Keks çox yumşaq və kövrək alınır. Soyuq qış axşamlarında bir stəkan çayın yanında yemək üçün əla seçimdir.

Lazım olan ərzaqlar:

  • 200 qr kərə yağı
  • 250 qr qatıq (və ya xama ilə də əvəz edə bilərsiniz)
  • 200 qr şəkər tozu (1 stəkan)
  • Vanil 10 qr
  • 4 ədəd yumurta
  • 1 paket qabartma tozu (10 qr)
  • 250 qr quru meyvələr
  • 380 qr un (təxminən 2 stəkan yarım)

Yumurta və şəkər tozunu mikserlə ağarana qədər 5-7 dəqiqə çalın , sonra bura əridilmiş kərə yağını əlavə edib çalın. Qatığı töküb qaşıqla qarışdırın.

Sonra bura un və qabartma tozunu ələkdən keçirib qaşıqla qarışdırın.

Quru meyvələri də xəmirə qatın.

Keks qabını yağlayıb xəmiri tökün və hamarlayın. 180 dərəcəli sobada 45-50 dəqiqə bişirin. Hazır olub olmadığını taxta çöp ilə yoxlayın.

Soyuduqdan sonra qabdan çıxarın.

Nuş olsun!

Keks resepti

Keks resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...