Kelem dolmasi.

Kələm dolması milli mətbəximizin sevilən yeməklərindən biridir. Bölgəyə görə müxtılif hazırlanma üsulları var. Mən bu gün sizə bu hazırlanma üsullarından ən çox yayılmışını təqdim edirəm. Kələm dolmasının şirin versiyası da mövcuddur, şabalıd və heyva ilə hazırlanan növü də var. Növbəti paylaşımlarda onların hazırlanması ilə də sizinlə bölüşəcəyəm.

 

Lazəm olan ərzaqlar

  • 1 kq kələm
  • 500 qr mal və qoyun əti qarışığından farş
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı tomat pastası
  • 1 dəstə keşniş
  • 1 dəstə şüyüd
  • 2-3 xörək qaşığı yumru düyü
  • 100 qr kərə yağı
  • duz
  • istiot

İçlik üçün çəkilmiş ətə soğan, xırda doğranmış göyərti, düyü, duz və istiot vurub qarışdırın.

Kələmin orta zoğunu çıxarıb bütöv halda qaynar suda 2-3 dəqiqə pörtlədin, amma çox bişməmək şərti ilə.

Kələmi yarpaqlarına ayırın, sərt hissələrini kəsin. Bu hissəəri qazanın dibinə, dolmaların altına düzə bilərsiniz. Belə olduqda dolmalar qazana yapışıb yanmaz.

Böyük yarpaqları iki yerə bölməklə hər yarpağın içinə təxminən 2 xörək qaşığı ət qoyub kənarlarını qatlayın və sonra rulet formasında bükün.

Dolmaları qazana düzüb üzərinə 1-1.5 stəkan suda tomat pastasını həll edib əlavə edin. Kərə yağını ərinmiş halda və ya ərinmiş deyilsə kiçik hissələrə bölüb dolmaların üzərinə düzün. Orta odda təxminən 1 saat bişirin.

Kelem Dolmasi

Nuş olsun!

Kelem dolmasi

Kelem dolmasi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...