Kotlet resepti – Saman tayası

kotlet resepti

kotlet resepti

Bu yemək görünüşünə görə, üzərindəki sürtkəcdən keçirilmiş kartof saman tayasını xatırlatdığına görə belə adlanır. Çox ləzzətli yeməkdir, mənim çox xoşuma gəldi, əsas da üzərindəki “saman tayası” smiley
Qonaqlıq və bayram süfrələrinə də çox yaraşar.

Lazım olan ərzaqlar:

  • 1 kq farş (əti öz istəyinizə görə seçin, məndə mal ətindəndi)

Üzəri üçün:

  • 2 soğan
  • 4 kartof
  • 3-4 yumurta
  • 200 qr pendir
  • mayonez
  • duz və istiot

Farşı hazırlayaq – mən adi kotletə necə edirəmsə, elə hazırladım,əti 1 kiçik kartof, 1 soğan, 1 kiçik turş alma ilə maşından keçirdim, 1 qaşıq xama, 1 yumurta, 1 dilim suda və ya süddə isladılmış bayat çörək, duz, istiot, sarıkök vurub qarışdırdım. Siz sadə də edə bilərsiz, çəkilmiş ət və soğandan, ancaq belə əti daha ləzzətli və yumşaq olur.

Üzəri üçün

  • Soğanı xırda doğrayıb yağda qızardın.
  • Yumurtaları qaynadıb soyudun, sürtkəcdən keçirib, bir az mayonez və duz istiot vurub qarışdırın.
  • Kartofu sürtkəcdən keçirib suyunu sıxın.
  • Holland pendirini də sürtkəcdən keçirin.

   

   

Farşdan yumru, nazik kotletlər hazırlayıb yağlanmış listə düzün.

Üzərinə nazik qat soğan qoyun.

Sonra yumurtalı qarışıqdan qoyun.

Sürtkəcdən keçirilmiş kartof..

Və pendir.. Ən üstə mayonez tökün.

180 dərəcədə 40-50 dəqiqə bişirin.

Nuş olsun! Dadından doymayacaqsız 🙂

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...