Maffin resepti kesmikli.

Kəsmikli şirniyyatlar ən sevdiyim şirniyyat növüdür. Bu maffinlər yağsız, tərkibində qatıq və kəsmik olduğu üçün çox yüngül, həm də daha sağlıqlıdır. Hazırlanmasına çox az vaxtınız gedəcək. Dadından isə əminəm ki, razı qalacaqsız.

Lazım olan ərzaqlar:

  • 200 qr kəsmik
  • 1 stəkan qatıq
  • 1 stəkan şəkər tozu
  • 4 yumurta
  • 2 stəkan un
  • vanilin
  • 2 çay qaşığı qabartma tozu
  • Qəhvəyi şəkər tozu (üzəri üçün)

Kəsmik, yumurta və şəkər tozunu mikserle qarışdırın.

Qatıq və vanilin əlavə edib qarışdırın.

Un və qabartma tozunu birlikdə ələkdən keçirib bura əlavə edin və qaşıqla qarışdırın.

Kiçik keks qablarına yarıya qədər xəmirdən tökün. Üzərinə qəhvəyi şəkər tozu səpin. Əgər qəhvəyi şəkər tozunuz yoxdursa, adi şəkər tozu və ya umumiyyətlə istifadə etməyə də bilərsiniz. Bu, sadəcə bişdikdə şəkərin əriyərək üzərini daha qızarmış etməsi üçündür.

180 dərəcəli sobada 30 dəqiqə bişirin.

Maffinlər hazırdır. Bu qədər sadə və asan.

Nuş olsun!

Maffin resepti kesmikli

Maffin resepti kesmikli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...