Merci supu.

Yaşıl mərci bitki mənşəli vacib protein mənbələrindən biridir. Tərkibində xolesterol yoxdur və yağ çox azdır. Hamiləlikdə anaya və uşağa faydası var. 4 xörək qaşığı bişmiş mərcinin kalorisi 1 dilim çörəyin kalorisinə bərabərdir. Yeməkdə mərci çoxdursa çörək istifadə etməməniz məsləhətdir.

Yaşıl mərcidən hazırladığım bu şorba da kalorili və soyuqdəymənin dərmanıdır. Soyuq payız və qış aylarında sizi xəstəliklərdən qoruyan bir vasitədir.

Lazım olan ərzaqlar:

  • duz
  • 1 litr ət bulyonu
  • 3 x.q düyü
  • 1 kartof, 1 kök, 1 soğan
  • Yaşıl mərci 1 st.
  • 1 x.q tomat pastası
  • göyərti
  • yağ

Əvvəlcə ətin sümüklü hissələrini yuyub suda qaynadıb bulyon hazırlayın.
Sonra soğanı xırda doğrayıb yağda azca qovurun.

Üzərinə sürtkəcdən keçirilmiç kökü əlavə edin.

Tomat pastasını da töküb qarışdırıb altını söndürün.

Kartofu doğrayın.

Hazırladığınız bulyonun içinə tərəvəzləri, yuyulmuş düyü və doğranmış kartofu əlavə edib, duz tökün və az odda kartof və düyü bişənə qədər bişirin.

Süfrəyə verərkən üzərinə xırda doğranmış göyəri səpin.

Nuş olsun.

Merci supu

Merci supu

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...