Mini pizza resepti

Mini pizza resepti

Mini pizza resepti

Kiçik pizzalar – çox dadlı və hazırlanması asandır. Bu pizzaları özünüzlə piknikə, gəzməyə də götürə bilərsiniz.

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 1 çay qaşığı şəkər
  • 450 qr un (təxminən 2 stəkandan bir az çox)
  • 250 ml su (1 stəkan)
  • 1 xörək qaşığı zeytun yağı
  • 1,5 çay qaşığı duz
  • 1 çay qaşığı maya

Üzəri üçün:

  • bibər
  • zeytun
  • sosis
  • pomidor
  • Holland pendiri

(İstəyinizə uyğun digər ərzaqlardan da istifadə edə bilərsiniz.)

Sousu üçün:

  • İtalyan ədviyyatları,quru reyhan
  • 2 x.q. ketçup
  • 2 x.q. mayonez

Əvvəlcə xəmiri yoğururuq. Bunun üçün ilıq suya mayanı, şəkəri, duz və 1 stəkan unu əlavə edib qarışdırın və 15 dəqiqə isti yerdə saxlayın. Maya gəldikdə, hazırladığınız məhlulda köpüklər əmələ gəldikdə qalan unu az-az əlavə edib qarışdırın. Elastik, ələ yapışmayan xəmir əmələ gələnə kimi yoğurun və 45 dəqiqə isti yerdə saxlayın.

Xəmir gələndən sonra kiçik kündələrə ayırın, 10-15 sm diametrlik, qalınlığı təxminən 0.5 sm olan xəmirlər açın. Sobanın tavasını yağlayın, xəmirləri düzün. Üzərinə nazik qat sous ( mayonez, ketçup və ədviyyatı qarışdırın) çəkin, üzərindən bir az sürtgəcdən keçirilmiş holland pendiri səpin və doğradığınız ərzaqları yığın.

230 dərəcə qızdırılmış sobanın alt gözündə 20-30 dəqiqə altı qızarana qədər bişirin.

Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri töküb yenidən sobaya qoyun.

Pendir əriyib qızardıqda kiçik pizzalarımız hazırdı.

Mini Pizza Resepti Hazırdır.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...