Pankek resepti.

Blinçik və oladidən fərqli olaraq pankeyki quru, yağsız tavada bişirirlər. Amerikan filmlərində tez-tez rast gəldiyimiz pankeyk səhər yeməyi üçün ideal variantdır – tez, asan və ləzzətli. Müxtəlif siroplarla, bal və ya mürəbbə ilə yeyilə bilər.

Lazım olan ərzaqlar:

 

  • 2 yumurta
  • 3 xörək qaşığı şəkər tozu
  • 1 çimdik duz
  • 2 stəkan süd
  • 2 stəkan un
  • 1/4 stəkan duru yağ
  • 1 çay qaşığı qabartma tozu

Yumurtaları şəkər tozu və duz ilə köpüklənənə qədər qarışdırın.

Sonra südü əlavə edib qarışdırın.

Unu az-az əlavə edərək qarışdırın.

Sonda yağ və qabartma tozunu əlavə edib eynicinsli kütlə alınana qədər qarışdırın.

Tavanı yaxşı qızdırın, əvvəlcə fırça ilə bir dəfə yağlayıb xəmirdən çömçə ilə töküb tavanı əlinizdə fırladaraq xəmiri dairəvi formaya gətirib qazın üzərinə qoyun. Xəmirin üzərində şəkildə gördüyünüz kimi qabarcıqlar əmələ gələndə digər üzünə çevirə bilərsiniz.

Digər üzünü də təxminən 1 dəqiqə bişirib götürün.

Şokoladlı, meyvəli sirop və ya bal ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Pankek resepti

Pankek resepti