Paytaxt salati  (olivye salati, stolicniy salat).

Paytaxt salati

Paytaxt salati

Bu salat Rusiya və keçmiş SSSR ölkələrində məşhurdur.

İlk öncə paytaxt salatı haqqında internetdən oxuduğum bir məlumatı sizinlə paylaşmaq istərdim. Paytaxt salatı (столичный салат) və ya Olivye (Olivier) salatı Moskvada Paris mətbəxinə aid bir restoranda çalışan aşbaz tərəfindən hazırlanmışdır. Aşbazın adı Lyusyen Olivye (Lucien Olivier) olduğu üçün onun şərəfinə salat Olivye adlandırılmışdır. Bəzi ölkələrdə Rus salatı deyə də tanınır. Azərbaycanda da keçmiş SSSR ölkəsi olduğuna görə bu salat çox məşhurlaşıb. Yeni il, qonaqlıq, ad günü süfrələrimizi bu salatsız təsəvvür etmək çətindir. Mən də hamıya tanış olan bu salatı internetdə bir rus saytında gördüyüm ideyadan istifadə edib yeni görünüşdə hazırladım. Bu salatın fərqli ərzaqlarla, fərqli reseptləri çoxdur. İstəyinizə və zövqünüzə uyğun digər ərzaqlar əlavə edə və ya dəyişə bilərsiniz. Məsələn, mən bu dəfə köksüz resept ilə etdim.

Lazım olan ərzaqlar:

  • 4 kartof
  • 6 yumurta
  • 3-4 təzə xiyar
  • 5-6 kiçik duzlu xiyar
  • 300-400 qr mal əti
  • 1 banka (500 qr) yaşıl noxud
  • yarım dəstə keşniş və yarım dəstə şüyüd
  • xama
  • mayonez
  • duz, istiot
stolicniy salat

stolicniy salat

Kartofu,(qabıqlı şəkildə yaxşıca yuduqdan sonra) yumurta və əti ayrı qablarda suda qaynadın. Yaşıl noxudun suyunu süzün. Kartof, yumurta, duzlu və təzə xiyarı xırda dograyın.

Göyərtiləri yuyub suyunu süzüb, quruduqdan sonra xırda doğrayın.

Əti əlinizlə didə və ya bıçaqla xırda doğraya bilərsiz. Mən daha asan və tez olsun deyə blenderdə xırdaladım.

Doğradığınız bütün ərzaqları böyük bir qaba töküb, duz,istiot, smetan və mayonezi əlavə edib qarışdırın.

 

Olivye salati

Olivye salati

Paytaxt salati hazırdır! Nuş olsun! 🙂

Sosial şəbəkələr

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...