Pirojki resepti albalili

Pirojki resepti albalili

Pirojki resepti albalili

Mayalı xəmirdən olan bişmələri çox sevirəm. Bu resept ilə alınan xəmir çox yumşaq və yüngül olur. İçlik kimi istənilən ərzaqdan istifadə edə bilərsiniz. Mən bu dəfə yaydan buzxanada saxladığım albalıları istifadə etməyi qərara aldım. Albalı mövsümündə təzə meyvədən də istifadə edə bilərsiniz.

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 2 st. un
  • Yarım st. süd
  • 2 x.q şəkər tozu
  • 50 qr ərinmiş kərə yağı
  • 1 yumurta
  • 1.5 çay qaşığı maya
  • bir çimdik duz
  • Vanilin

İçlik üçün:

  • 300 qr albalı ( mövsümü olmadığı üçün dondurulmuş və çəyirdəyi təmizlənmiş)
  • 100 qr şəkər tozu

Üzərinə:

  • 1 yumurta

Əvvəlcə xəmiri yoğurun. Bunun üçün ilıq südə şəkər və mayanı töküb 15 dəqiqə mayanın köpməyini gözləyin. Sonra bu qarışımı unun içinə əlavə edib, yumurta və kərə yağını, vanilin və duzu töküb, yumşaq, amma ələ yapışmayan xəmir yoğurun. Xəmirin üzərini sellofan və dəsmal ilə örtüb isti yerdə 1 saat, 1 saat yarım saxlayın ki, xəmir acısın.
Mən xəmiri çörək bişirən aparatdan istifadə edib yoğurdum, bunun üçün bütün ərzaqları aparatın qabına töküb xəmir yoğurma rejiminə qoyursuz.

Xəmir gəldikdən sonra yumurta böyüklüyündə kündələrə ayırın.

Hər kündəni əl ilə dairəvi formada yastılayın və içinə 5-6 ədəd albalı və 1 çay qaşığı şəkər tozu töküb üçbucaq və ya istədiyiniz formada bükün.

Tavanı yağlayıb hazır pirojkiləri bir az aralı şəkildə düzün və üzərini sellofan və ya dəsmal ilə örtüb 40 dəqiqə saxlayın.

Sonra üzərinə yumurta çəkin.

200 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...