Pizza resepti badimcanli

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bostan badımcanı ilə necə pizza hazırlamaq olduğunu paylaşmaq istəyirəm. Bu yemək yüngül nahar və digər yeməklərin yanında isti qəlyanaltı kimi verilə bilər.

Lazım olan ərzaqlar:

  • 3 ədəd pomidor
  • 3 ədəd böyük badımcan (bostan badımcanı)
  • 1 kiçik baş soğan
  • 200 qr mozarella və ya digər növ holland pendiri
  • bitki yağı (qızartma üçün)
  • duz
  • reyhan qurusu (basilik)

Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlayın və kənarda 30 dəqiqə saxlayın.

Daha sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə qurulayıb tavada bir qədər bitki yağı qızdırın və badımcanların hər iki üzünü bir az qızardın. Tam bişirməyə ehtiyac yoxdu, çünki badımcanlar sobada da bişəcək.

Sous üçün bir kiçik soğanı soyub xırda doğrayın. Yağda qızardın.

Pomidorları soyub xırda doğrayın və soğanın üzərinə əlavə edib suyu çəkilənə qədər bişirin. Duz və reyhan qurusu əlavə edin.

Soba qabını bir az yağlayıb badımcanları düzün. Üzərinə pomidorlu sousdan qoyun. Ən üstə sürtkəcdən keçirilmiş pendir töküb sobada 180 dərəcədə 15-20 dəqiqə bişirin.

Süfrəyə isti halda verin.

Nuş olsun!

Pizza resepti badimcanli

Pizza resepti badimcanli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...