Qoz qurabiyesi resepti.

Ağızda dağılan qızarmış xəmiri və içərisində ləzzətli qatılaşdırılmış süd.. Bu qozlar yəqin ki, çoxunuzun sevimli şirniyyatıdır. İllər keçsə də dəyişməz olaraq qalan klassik şirniyyatlardan biri. Əminəm ki, bəziləriniz bu şirniyyatı görəndə gözünün önündə uşaqlıq xatirələri canlanır. Elə isə buyurun, sadə, klassik resepti ilə siz də bu qurabiyələri hazırlayıb keçmişə geri dönün blush

Lazım olan ərzaqlar:

  • 250 qr kərə yağı (yumşalmış)
  • yarım stəkan şəkər tozu
  • 2 ədəd yumurta
  • 1/4 çay qaşığı qabartma tozu
  • 3 stəkan un

İçinə:

  • 1 banka bişmiş qatılaşdırılmış süd

Yumşalmış kərə yağını şəkər tozu ilə qarışdırın.

Üzərinə yumurtaları əlavə edib qarışdırın.

Unu az-az əlavə edib ələ yapışmayan xəmir yoğurun.

Qoz üçün qab qazın üzərində isidilir. Sonra xəmirdən kiçik hissələr götürülüb qabın oyuqlarına yığılır qapağı bağlanır və qazın üzərində hər iki üzü bişirilir. Çox tez bişir, hər üzünü 1-2 dəqiqə saxlasaz kifayətdir.

Soyuduqdan sonra içinə qatılaşdırılmış süd çəkib kənarlarını birləşdirin.

Nuş olsun!

Qoz qurabiyesi resepti

Qoz qurabiyesi resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...