Qurabiye resepti Qaz Ayagi.

Qaz ayağı deyilən bu qurabiyələri uşaqdan böyüyə hər kəs sevir. Bu qurabiyələr qaz ayağı adını öz gərünüşünə görə alıb. Hazırlanmasında kəsmikdən istifadə olunur. Çox asan hazırlanan və ləzzətli qurabiyənin resseptini sizə təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • 200 qr kəsmik
  • 180 qr kərə yağı
  • 1 yumurta
  • 1 stəkan şəkər tozu (üzəri üçün)
  • 2 stəkan un
  • yarım çay qaşığı soda və ya 1 çay qaşığı qabartma tozu

Soyuducudan çıxardığınız yağı sürtkəcdən keçirin. Üzərinə kəsmiyi əlavə edib qarışdırın.

Daha sonra un əlavə edib ehtiyatla qarışdırın. Çox əzməmək şərti ilə.

Daha sonra yumurtanı əlavə edin və soda və ya qabartma tozunu da töküb qarışdırın.

Kifayət qədər bərk xəmir alınacaq. Xəmiri sellofana büküb 30 dəqiqə soyuducuda saxlayın.

Sonra xəmiri hissələr ayırıb yayın. Nə çox qalın, nə də nazik yayın. təxminən yarım sm qalınlığında. Sonra stəkan və ya xüsusi dairəvi formalar vasitəsilə xəmiri kəsin. Bir qaba şəkər tozu töküb dairənin bir üzünü şəkər tozuna batirin, sonra iki yerə büküb yenə şəkər tozuna batırıb yarım dairəni yenə iki yerə qatlayın. Və alınmış dairənin 1/4 hissəsi formalı xəmirin bir üzünü yenə şəkərə batırın və şəkər tozu olmayan tərəfi altda olmaqla yağlanmış və ya yapışmayan kağız salınmış soba qabına düzün.

   

   

180 dərəcəli sobda 20 dəqiqə bişirin.

Nuş olsun!

Qurabiye resepti Qaz Ayagi

Qurabiye resepti Qaz Ayagi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...