Qurabiye resepti xamali.

Çay süfrənizə yumşaq, tez hazırlanan və ləzzətli qurabiyə resepti axtarırsınızsa, bu xamalı qurabiyələri sınaqdan keçirin. Tərkibində qabartma tozu və xama olduğu üçün bu qurabiyələr bişdikdə həcmini iki dəfə artırır, yumşaq və kövrək alınır.

Lazım olan ərzaqlar:

  • 100 qr kərə yağı
  • 200 qr xama
  • 3/4 stəkan şəkər tozu
  • vanilli şəkər (10 qr)
  • 2 yumurta
  • 3,5 stəkan un
  • 1,5 çay qaşığı qabartma tozu
  • üzəri üçün şəkər kirşanı

Yumurta,vanil və şəkər tozunu çəngəl və ya çırpma teli ilə qarışdırın.

Yumşalmış kərə yağını və xamanı əlavə edib qarışdırın.

Un və qabartma tozunu birlikdə ələkdən keçirib qaşıqla qarışdırın.

Xəmiri qarışdırdıqda əlinizə yapışa bilər, ancaq qorxmaq lazım deyil, lazım olan qədər unu əlavə edib, xəmir halına salıb sellofana büküb 1 saat soyuducuda saxlayın.

Soyuducudan çıxmış xəmiri un səpilmiş taxta üzərində təxminən 1 sm.dən bir qədər də nazik yayın. Qurabiyə kəsən alətlərlə kəsib, sobanın qabına yapışmayan kağız salıb qurabiyələri düzün.

180 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirinş Üzəri çox qızararsa qurabiyələr quru alınacaq. Yumşaq olmasını istəyirsinizsə, çalışın çox qızarmasın.

Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Qurabiye resepti xamali

Qurabiye resepti xamali

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...