Qurabiye resepti – Catlaq qurabiye

Qurabiye resepti - Catlaq qurabiye

Şokoladı sevənlər üçün daha bir şokoladlı şirniyyat resepti. Ağızda dağılan bu kövrək şokoladlı qurabiyələr çay ilə süfrəyə verməyə əla seçimdir.

Lazım olan ərzaqlar:

  • 200 qr tünd şokolad
  • 100 qr kərə yağı
  • 1 xörək qaşığı kakao
  • yarım stəkan şəkər tozu
  • 3 xörək qaşığı süd
  • 2 yumurta
  • 2 stəkandan bir qədər az un
  • 1 çay qaşığı qabartma tozu
  • vanil
  • 1 çimdik duz
  • üzəri üçün şəkər kirşanı

Əvvəlcə şokolad və kərə yağını Benmari üsulu ilə əridirik. Bunun üçün bir qazana bir qədər su töküb qaynadırıq və üzərinə başqa qab qoyub içinə şokolad və kərə yağı tökürük. Suyun isti buxarının təsirindən qabdakı ərzaqlar əriyir.

Yumurta və şəkər tozunu bir çimdik duz əlavə edərək qarışdırın.

Südü və ərimiş şokoladı əlavə edib yenə qarışdırın.

Un, şəkər tozu və vanili əlavə edib qarışdırın.

Qabın üzərini streç ilə bağlayıb soyuducuda 30 dəqiqə saxlayın.

Xəmir sizə çox yumşaq görünsə də un əlavə etməyin. Çünki soyuducuda xəmirin tərkibindəki şokolad donub bərkiyəcək.

Sobanın qabına kalka kağızı sərin, xəmirdən qoz böyüklüyündə hissələr ayırıb şəkər kirşanına bulayıb qaba düzün.
170 dərəcəli sobada 15 dəqiqə bişirin. Əgər sobada çox saxlasanız qurabiyələr sərtləşə bilər.

Nuş olsun!

Qurabiye resepti - Catlaq qurabiye

Qurabiye resepti – Catlaq qurabiye

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...