Sekerbura resepti.

Şəkərbura milli mətbəximizin ən məşhur və ən ləzzətli şirniyyatlarından biridir. Novruz bayramını şəkərbura və paxlavasız təsəvvür etmək qeyri-mümkündür. Keçmişdə şəkərbura və paxlava bayram ərərfəsində bütün qohumlar bir yerə yığılaraq köməkli bişirilərdi. Biz də bir yerdə köməkləşib bu şəkərburaları hazırladıq.

Lazım olan ərzaqlar:

İçlik üçün:

  • 1 kq fındıq ləpəsi
  • 1 kq şəkər tozu
  • döyülmüş hil zövqə görə ( 1-2 çay qaşığı )

Xəmir üçün:

  • 2 kq un
  • 4 yumurta
  • 600 qr kərə yağı  (əridilmiş)
  • 200 qr xama
  • yarım çay qaşığı maya
  • süd (xəmir alınana qədər az-az əlavə olunur)

Adətən içlik əvvəlcədən hazırlanır. Fındıq sobada  bir az qovrulub qabığı təmizlənir. Sonra ləpə çəkəndə üyüdülür və üzərinə şəkər tozu və döyülmüş hil əlavə olunub qarışdırılır.

Xəmir üçün un, yumurta, xama, maya qarışdırılıb üzərinə yağ az-az əlavə olunub hamısı birlikdə qarışdırılır, sonra süd tədricən əlavə olunaraq xəmir yoğrulur. Xəmir nə çox yumşaq, nə də çox bərk olmalıdır. 1 saat isti yerdə xəmir dinləndrilir.
Şəkərbura hazırlanan müddətdə isə xəmiri sərin yerdə saxlamaq lazımdır ki, daha çox mayalanıb yumşalmasın.

 

 

 

Xəmir kiçik kündələrə bölünür. 2 kq undan yoğrulmuş xəmirdən və 1 kq içliktəxminən 90-100 ədəd normal ölçüdə şəkərbura alınır.

Kündələri təxminən 10 sm diametrdə yayın.

İçlikdən təxminən 2 xörək qaşığı qoyub içliyi bir qədər içəriyə doğru sıxaraq kənarlarını bərkidin və bükün. Şəkərburanın kənarları narın, incə bükülməlidir.

 

 

Sonra isə şəkərburalara maqqaş deyilən alət ilə naşxış vurulur.

Sekerbura resepti

   

    

Naxış vurduqdan sonra şəkərburalar listə düzülüb sərin yerdə üstü açıq şəkildə saxlanılır. Bəzəklərin itməməsi üçün şəkərburanın üzü bir qədər qurumalıdır.

Şəkərburalar hazır olduqdan sonra 180 dərəcəli sobada bişirilir. Şəkərburanın üzəri qızarmamalıdır. Altı bir qədər qızaran şəkərburalar bişmiş sayılır.

Bayramınız mübarək! Nuş olsun!

Sekerbura resepti

Sekerbura resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...