Sokoladli piroq resepti.

Yəqin ki, çoxunuz mənim kimi kəsmikli şirniyyatları çox sevirsiniz. Bu dəfə həm dadı, həm görünüşü fərqli olan bu piroqun hazırlanma qaydasını sizə təqdim edirəm.

Lazım olan ərzaqlar:

Kəsmikli toplar üçün:

  • 250 qr kəsmik
  • 2 yumurta sarısı
  • 50 qr şəkər tozu (0.5 stəkan)
  • 50 qr kokos qırıntısı
  • 3 xörək qaşığı kartof nişastası

Xəmir üçün:

  • 4 yumurta
  • yarım stəkan şəkər tozu
  • 50 qr şokolad
  • 2 xörək qaşığı un
  • 2 xörək qaşığı nişasta
  • 3 xörək qaşığı kakao
  • 1 çimdik duz
  • vanil şəkəri
  • 1 çay qaşığı qabartma tozu

Əvvəlcə kəsmikli topları hazırlayaq. Bunun üçün lazım olan bütün ərzaqları yaxşıca qarışdırın.

Sonra kiçik toplar halında piroqu bişirəcəyiniz qaba düzün. Əlinizə yapışmasın deyə əlinizi suya batırın. Kəsmikli topları biskvit xəmiri hazır olana qədər soyuducuya qoyun.

Xəmir üçün yumurtanın sarısını ağından ayırın. Yumurta sarılarını şəkər tozunun yarısı ilə mikserlə çalın.

Yumurta ağlarını qalan şəkər tozu ilə mikserlə ağarıb bərkiyənə qədər çalın. Şokoladı əridib yumurta sarılı kütləyə qatın.

Sonra yumurta ağını da bura əlavə edin , un, nişasta, kakao, vanil və qabartma tozunu ələkdən keçirib hamısını birlikdə qarışdırın.

Biskvit xəmirini kəsmikli topların üzərindən qaba tökün.

180 dərəcəli sobada 45-50 dəqiqə bişirin.

Soyuduqdan sonra üzərinə əridilmiş şokolad və ya hazır şokolad siropu tökün və doğrayıb süfrəyə verin.

Nuş olsun!

Sokoladli piroq resepti

Sokoladli piroq resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...