Somon baligi yemeyi.

Somon, salmon, qızıl balıq kimi tanınan bu balıq həm çox ləzzətlidir. Həm də sağlamlıq üçün çox faydalıdır. Somon balığı proteinlə zəngin olmaqla yanaşı, həm də zəngin omega-3 yağ turşuları tərkibinə malikdir. Bədənimizdə omega-3 yağ turşulurı ifraz olunmadığına görə bu maddəni biz digər ərzaqlardan almalıyıq. Bu baxımdan somon balığı çox faydalıdır. Bu balığı müxtəlif formalarda hazırlamaq olar, qızartma, buğlama, sobada, kababını, hətta çiy formada da yeyilir.

Lazım olan ərzaqlar:

  • 500 qr file somon
  • 2 pomidor
  • 1 soğan
  • 1 bibər
  • keşniş, şüyüd – hərəsindən 1 dəstə
  • quru nanə 1 ç.q.
  • duz
  • istiot
  • limon
  • kərə yağı 50 qr

Soba qabına aliminium folqa kağızı sərin. Nazik kəsilmiş kərə yağını folqa kağızının üzərindən düzün. Üzərinə xırda doğranmış soğanı tökün.

Balığı dərisindən təmizləyib, yuyub nazik hissələrə doğrayın və duz, istiot vurub soğanın üzərindən düzün.

Balığın üzərindən xırda doğranmış göyərtiləri səpin, bibər və limonu (5-6 dilim) nazik halqa və ya yarımhalqa şəklində doğrayıb düzün.

Ən üstə halqavari doğranmış pomidoru düzüb üzərindən quru nanə səpin.

Folqa kağızını bağlayıb bir neçə yerdən çəngəl ilə deşiklər açın.

Sobada 180 dərəcədə 50 dəqiqə bişirin.

Çox ləzzətli, yüngül və sağlamlıq üçün faydalı bir yeməkdir.

Nuş olsun!

Somon baligi yemeyi

Somon baligi yemeyi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...