Sud coreyi resepti

Süd çörəyi Azərbaycan mətbəxinə aid olan, Ramazan, Novruz kimi bayramlarımızda hazırlanan çörək növüdür. Bəzən şirin çörək, külçə də adlandırılır. Ətirli və çox dadlıdır. Səhər yeməyinə də hazırlaya bilərsiz. Bu resept ilə təxminən 3 ədəd orta ölçüdə çörək alınır.

Lazım olan ərzaqlar:

  • 500 qr un
  • 1 stəkan süd
  • 100 qr kərə yağı
  • 2 yumurta (1i üstünə)
  • 1/3 st. şəkər
  • 2 x.q qatıq
  • 1 ç.q. maya
  • 1 çimdik duz
  • 1/3 çay qaşığı sarıkök

Xəmir yoğurmaq üçün ilıq süddən bir az ayırıb içinə mayanı töküb köpməyini gözləyirik. 5-10 dəqiqə sonra bir qaba unu ələyib üzərinə köpmüş maya, yumurta, qatıq, şəkər, sarıkök və südü az-az əlavə edib yumşaq xəmir yoğururuq. Xəmirin üstünü örtüb 1-2 saatlıq isti yerdə acımağa qoyuruq.

Sonra xəmiri kündələrə ayırıb forma verin və yağlanmış listə yığın. Üstünü örtüb 1 saata yaxın isti yerdə saxlayın.

Bu müddətdə çörəklər ölçücə bir qədər böyüyəcək.
Çörəklərin üzərinə yumurta çəkib, naxış vurub sobada 190 dərəcədə üstü qızarana qədər bişirin.
Zövqə görə üzərinə küncüt və ya qara çörək otu da vurmaq olar. Mən sadə etdim.

Təxminən 30 dəqiqəyə çörəklər hazırdı.

Yumşaq və ləzzətli..

Nuş olsun!

Sud coreyi resepti

Sud coreyi resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...