Toyuq sosisleri

Toyuq sosisleri

Toyuq sosisleri

Evdə toyuq sosisləri hazırladım, çox xoşuma gəldilər. Dadlı, asan, ən əsası təmiz və zərərsiz. Əlbəttə ki, eyni mağazadan aldığımız sosislərin dadını vermir. Amma özünüzün və uşaqlarınızın sağlam qidalanmağını istəyirsinizsə bu sosislərdən mütləq hazırlayın.

Lazım olan ərzaqlar:

  • 1 kiçik soğan
  • 500-600 qr toyuq filesi
  • 30 qr kərə yağı
  • 100 ml süd
  • 1 yumurta
  • duz
  • istiot

Toyuq filesini doğrayın, soğan, süd, kərə yağı və yumurta ilə birlikdə blenderdən keçirin.

Blenderdən istifadə etməyənlər toyuğu ət çəkən maşının kiçik gözündən iki dəfə çəkə bilər.
Toyuğu çəkdikdən sonra duz, istiot vurub qarışdırın.

Sonra qida üçün olan streç sellofan açıb bir kənarına 2 qaşıq farş qoyun.

Sellofanı ehtiyatla büküb lazım olan qədər kəsin.

Sellofanın uclarını konfet kimi əks tərəflərə burub düyünləyin.

Məndə bu ərzaqlardan 14 ədəd sosis alındı.

Qazana su töküb qaynadın və sosisləri qaynayan suya töküb 15-20 dəqiqə bişirin.

Bu da qaynadıqdan sonra hazır olan sosislər. Sosisləri artıq belə də yemək olar.

Amma onları yağda qızartsanız daha dadlı olar.

Yanında istənilən qarnirlə yeyə bilərsiniz, qızardılmış tərəvəzlər, təzə tərəvəz salatı,kartof püresi və s.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...