Toyuq yemekleri Fransizsayagi Toyuq

Tez bir zamanda dadlı və asan yemək hazırlamaq istəyirsinizsə bu resepti özünüz üçün bir yerə qeyd etməyiniz məsləhətdir. Toyuq filesi alma və mayonez ilə marinə edildiyi üçün çox ətirli və yumşaq olur.  Bu yemək özü ayrılıqda tutumlu olduğu üçün yanına əlavə olaraq yüngül tərəvəz salatı hazırlaya bilərsiniz.

Lazım olan ərzaqlar:

  • 1 ədəd böyük toyuq filesi (500 qr)
  • 3-4 ədəd kartof
  • 1 ədəd böyük soğan
  • 1 ədəd alma
  • 100 qr mayonez
  • 200 qr pendir ( Mozarella və ya digər növ)
  • duz
  • qara istiot
  • bir az sarıkök və ya zövqə görə toyuq üçün olan digər ədviyyatlardan

Toyuğun döş ətini enli, nazik hissələrə bölün. Əti bir az döyə də bilərsiniz, ancaq mən ehtiyac görmədim, döymədən də yumşaq ət alınır.

Toyuğun üzərinə bir ədəd almanı sürtkəcdən keçirin, ədviyyatları və mayonezi əlavə edib qarışdırın.

Bu qarışımı ən az 30 dəqiqə soyuducuda saxlayın.

Sonra kartofları soyub çox nazik halqa şəklində doğrayıb soba üçün qabı yağlayıb kartofları düzün.

Üzərindən marinə olunmuş toyuq döş ətlərini düzün.

Toyuğun üzərindən halqa şəklində doğranmış soğanı düzün və toyuqdan qalan sousu soğanın üzərindən tökün.

Folqa kağızı ilə qabın ağzını bağlayıb 200 dərəcəli spbada 30-40 dəqiqə bişirin.

Sonra folqanı açıb yeməyin üzərinə sürtkəcdən keçirilmiç pendir səpin və yenidən sobaya qoyub üzəri qızarana qədər bişirin.

Bu yeməyin yanına pomidor, xiyar, təzə göyərtilər ilə hazırlanmış salat hazırlaya bilərsiniz.

Nuş olsun!

Toyuq yemekleri Fransizsayagi Toyuq

Toyuq yemekleri Fransizsayagi Toyuq

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...