Toyuq yemeyi resepti.

Küncütü heç belə istifadə etmişdiniz? Adətən çörəklərin, kökələrin üzərinə səpirik. Bu dəfə isə toyuq ətini küncüt ilə qızartmağı yoxlayın. Əminəm ki, fərqli dadını bəyənəcəksiniz.

Lazım olan ərzaqlar:

  • 300 qr toyuq döş əti
  • Yarım stəkan küncüt
  • 1 yumurta
  • 3 x.q un
  • 2 x.q soya sousu
  • duz
  • qara istiot

Toyuğun döş ətini nazik, uzun-uzun doğrayın, duz, istiot, soya sousu ilə qarışdırıb 30 dəqiqə saxlayın.

Sonra ayrı ayrı qablara un, yumurta və küncütü tökün.

Toyuq hissələrini əvvəlcə una, sonra yumurtaya və küncütə batırıb qızğın yağda hər iki tərəfini qızardın.

Süfrəyə ketçupla və ya mayonezlə verə bilərsiniz.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...