Yayla sorbasi

Yayla türk mətbəxinə aid olan qatıqla hazırlanan şorbadır. Bizim dovğanı xatırlatsa da, tərkibinə müxtəlif göyərtilər yox, sadəcə qurudulmuş nanə vurulur. Çox yüngül və ləzzətlidir.

Lazım olan ərzaqlar:

  • 1 xörək qaşığı quru nanə
  • 1 ədəd yumurta
  • yarım stəkandan bir qədər az yumru düyü
  • 1,5 stəkan qatıq
  • 3 stəkan su
  • 1 dolu xörək qaşığı un
  • 50 qr kərə yağı
  • duz

Düyünü yuyub bir qazana tökün və üzərinə su alıb qaynamağa qoyun. Düyü bişdikdə kənarda bir az ilıqlaşana qədər soyudun.
Ayrı bir qabda qatıq, un, yumurtanı yaxşı qarışdırın.

Soyumuş düyünün suyundan bir az bura əlavə edib qarışdırın.

Sonra qatıqlı məhlulu düyü olan qazana töküb hamısını birlikdə qarışdıraraq qazın üzərinə qoyun. Qaynara düşənə qədər bişirin və duzunu əlavə edin.

Bir kiçik tavada kərə yağını qızdırıb nanəni əlavə edib qarışdırın.

Nanəni də şorbaya əlavə edib altını söndürün.

Yayla şorbası hazırdır.

Nuş olsun!

Yayla sorbasi

Yayla sorbasi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...