//Almalı Rulo Qurabiyə

Almalı Rulo Qurabiyə

almali qurabiye resepti

Almalı, darçınlı içliyi olan bu qurabiyələr sərin payız günlərində isti çayınızın yanına əla seçim olacaq. Əsil payız şirniyyatını siz də hazırlayıb dadına baxın. Evdən gələn şirniyyat ətri darçın və alma duetini sevənləri valeh edəcək.

Lazım olan ərzaqlar:

  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı xama
  • 150 qr (3/4 stəkan şəkər tozu)
  • 200 qr kərə yağı
  •  3 stəkan un
  • 2 çay qaşığı qabartma tozu

İçlik üçün:

  • 4 ədəd orta ölçülü alma
  • 1 stəkan qoz
  • 0.5 stəkan şəkər tozu
  •  1 xörək qaşığı darçın (zövqə görə)

Əvvəlcə içlik üçün almaları yuyub, soyub sürtkəcin iri gözündən keçirin. Üzərinə şəkər tozu əlavə edib odun üzərində almaların suyu çəkilib şəkər tozu əriyənə qədər bişirin. Sonda xırdalanmış qoz və darçını əlavə edib qarışdırıb soyumağa qoyun.

Xəmir üçün bir qabda yumşalmış kərə yağını şəkər tozu ilə mikser vasitəsilə qarışdırın. Üzərinə yumurta və xama əlavə edib birlikdə qarışdırın.

Sonra un və qabartma tozunu əlavə edib qaşıqla, daha sonra əl ilə xəmir yoğurun. Xəmir əlinizə yapışmayana qədər unu əlavə edin. Amma çox bərk xəmir olmasın. Soyuducuda qaldıqda xəmir özü bərkiyəcək.

Xəmiri iki yerə bölüb 1 sm qalınlığında yayın. Yaymaq asan olsun və oxlova yapışmasın deyə kalka kağızı arasında yayın.

İçliyin yarısını xəmirin üzərinə bərabər şəkildə çəkin.

Sonra kalka kağızının köməyi ilə xəmiri rulet şəklində bükün. Hazır ruleti kağızın arasında dondurucuda 1-2 saat saxlayın.

Eyni prosesi xəmirin ikinci hissəsi ilə də edib dondurucuya qoyun.

1-2 saatdan sonra ruleti çıxarıb bir barmaq qalınlığında hissələrə kəsin.

Soba qabına kalka kağızı salıb kəsikləri düzün və 180 dərəcəli sobada 25-30 dəqiqə bişirin. Qurabiyələri soba qabına bir qədər aralı şəkildə düzün, çünki bişəndə şişib bir-birinə yapışa bilər. Qurabiyələri çox qızartmayın ki, qurumasın.

 

Qurabiyələr hazırdır. Bir stəkan pürrəngi çay ilə nuş edə bilərsiniz.

Əminəm ki, çox bəyənəcəksiniz.

Nuş olsun!

Almali qurabiye resepti

Almali qurabiye resepti

Almali qurabiye resepti

Almali qurabiye resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-20T16:58:49+00:00 November 2nd, 2016|Şirniyyatlar|0 Comments

Leave A Comment