//Badımcan Cığırtması

Badımcan Cığırtması

Badimcan cigirtmasi resepti

Çox sevdiyim badımcanlı yeməklərdən birinin reseptini sizə təqdim edirəm. Badımcan çığırtması həm tez hazırlanan, həm də ləzzətli, əsl yay yeməyidir.

Lazım olan ərzaqlar:

  • 2-3 pomidor
  • 2 ədəd kartof
  • 3-4 ədəd badımcan
  • 1 baş soğan
  • qızartmaq üçün yağ
  • istiot
  • duz

Soğanı xırda doğrayıb yağda şeffaflaşana qədər bişirin. Kartof və badımcanı doğrayıb bura əlavə edin. Tərəvəzlər bir az yumşalana qədər bişirin.

Pomidoru da əlavə edin və pomidor bişəndə yemək hazırdır.

Nuş olsun !

Badimcan cigirtmasi resepti

Badimcan cigirtmasi resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...
By | 2017-03-19T14:09:26+00:00 April 21st, 2016|Əsas Yeməklər|0 Comments

Leave A Comment