//Qozlu Badımcan Ruleti

Qozlu Badımcan Ruleti

Badimcan ruleti qozlu.

Qozlu və mayonezli bu badımcan ruletləri yay fəslində süfrələriniz üçün əla qəlyanaltıdır.

Lazım olan ərzaqlar:

  • 5 ədəd orta ölçülü badımcan
  • yarım stəkan qoz ləpəsi
  • 3-4 x.q. mayonez
  • 1 diş sarımsaq
  • qızartmaq üçün yağ

Badımcanları yuyub, təxminən 3-4 mm enində uzun-uzun doğrayın. Duzlayıb acısını çıxarması üçün 15-20 dəqiqə saxlayın. Sonra su ilə yuyun.

Tavaya yağ töküb hər iki üzünü qızardın.

Qızartdığınız badımcanları salfetin üzərinə yığın ki, artıq yağı çəkilsin.

İçlik üçün qozu blender və ya qoz çəkən maşında üyüdün. Sarımsağı əzib, mayonez və qoz ilə qatın. Hazırladığınız içliyi qızardılmış badımcanların üzərinə çəkib rulet kimi bükün.

İstədiyiniz formada bəzəyib süfrəyə verin.

Nuş olsun!

Badimcan ruleti qozlu

Badimcan ruleti qozlu

By | 2017-03-25T13:09:47+00:00 July 15th, 2014|Qəlyanaltılar|0 Comments

Leave A Comment