//Badımcan Salatı

Badımcan Salatı

Badimcan salati

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək.

Lazım olan ərzaqlar:

  • 4-5 ədəd orta boy badımcan
  • 3 ədəd pomidor
  • 1-2 ədəd bibər
  • 250 qr  toyuq döş əti
  • keşniş
  • şüyüd
  • bitki yağı
  • mayonez
  • duz
  • istiot

Badımcanları nazik, uzun-uzun doğrayın. Bitki yağında hər iki üzünü qızardın.

Toyuğun döş ətini suda qaynadıb didin. İçlik üçün pomidor, bibər və göyərtiləri doğrayıb duz vurub qarışdırın.

Qaba qızartdığınız badımcanları düzüb duz səpin, mayonez sürtüb üzərinə içlik tökün və yenə badımcan düzün.

Eyni qayda ilə 2 və ya 3 qat hazırlayın. Ən üstə yenə qızardılmış badımcan düzün.

Çox dadlı salatdır. Nuş olsun!

Badimcan salati

Badimcan salati

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-20T21:50:44+00:00 October 13th, 2015|Salatlar|2 Comments

2 Comments

  1. Mehin May 16, 2017 at 6:30 pm - Reply

    Sizin saytınız bize tanış olan dadlardan ibaretdir. Sağolun ki bölüşürsünüz bizimle.

    • Mujgan May 20, 2017 at 9:20 pm - Reply

      Siz sağ olun ki, izləyirsiniz 🙂

Leave A Comment