//Karnıyarık

Karnıyarık

Badimcan yemekleri

Karnıyarık türk mətbəxinin ləzzətli yeməklərindən biridir. Bir qədər bizim pomidor, badımcan, bibər dolmamızı xatırlatsa da, özünəməxsus ləzzəti ilə fərqlənir.

Lazım olan ərzaqlar:

  • 1 xörək qaşığı tomat pastası
  • 2 baş soğan
  • 2 ədəd pomidor
  • 4 ədəd böyük badımcan
  • 2 ədəd bibər
  • 300 qr çəkilmiş ət
  • bitki yağı
  • duz, istiot

Badımcanları zolaqlı soyub, ortasında kəsik açıb duzlu suda 30 dəqiqə saxlayın.

Soğanı xırda doğrayıb yağda qızardın, üzərinə çəkilmiş əti əlavə edib bişirin, pomidoru soyub doğrayın,bir ədəd bibəri də xırda doğrayıb ətə əlavə edib qarışdırın. Bir az bişirib altını söndürün.

Badımcanları duzlu sudan çıxarıb soyuq su ilə yuyub qurulayin. Qızğın bitki yağında hər tərəfini qızardın.

Həmin yağda 1 ədəd bibəri dörd yerə bölüb qızardın.

Ətli içlikdən badımcanların işinə doldurub soba üçün qaba yığın. 1 ədəd pomidoru doğrayıb və qızartdığınız bibərləri badımcanların üzərinə düzün.
Tomat pastasını bir stəkan su ilə qarışdırıb badımcanların arasına tökün.

170 dərəcəli sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

Badimcan yemekleri

Badimcan yemekleri

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...
By | 2017-03-20T15:40:24+00:00 March 24th, 2016|Əsas Yeməklər|0 Comments

Leave A Comment