//Balqabaq Şorbası

Balqabaq Şorbası

Balqabaq supu

Payıza xas olan tərəvəzlərdən biri də balqabaqdır. Zəngin vitamin və mineral tərkibinə malik olan bu tərəvəz sağlamlığımız üçün çox faydalıdır. Soyuq payız günlərində orqanizmin düşmüş immunitetini gücləndirməyə və bədəni qızdırmağa kömək edəcək bu şorbanı hazırlamağınızı məsləhət görürəm. Bu şorbanı hazırlamaq çox asandır.

Lazım olan ərzaqlar:

  • bitki yağı
  • 1 ədəd kök
  • 500 qr balqabaq
  • 1 ədəd soğan
  • 100 ml qaymaq
  • su

Balqabağı təmizləyib doğrayın. Bitki yağında (mən zeytun yağı istifadə edirəm) soğanı xırda doğrayıb qızardın. Üzərinə doğranmış kök və balqabağı da əlavə edib 10 dəqiqə bişirin.

Tərəvəzlərin üzərinı çıxana qədər qaynar su əlavə edin, duz, istiot vurub 20 dəqiqə bişirin.

Sonra blenderlə tərəvəzləri eynicinsli hala gələnə qədər xırdalayın və qaymaq əlavə edib qarışdırıb altını söndürün.

Süfrəyə verərkən üzərinə xırda doğranmış cəfəri səpə bilərsiniz.

Nuş olsun!

Balqabaq supu

Balqabaq supu

Balqabaq supu

Balqabaq supu

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-20T21:37:47+00:00 October 22nd, 2015|Şorbalar|0 Comments

Leave A Comment