//Rəngli Bibər Salatı

Rəngli Bibər Salatı

Biber salati.

Rəngarəng, ləzzətli bir salat reseptini sizə təqdim edirəm. Həm gündəlik, həm qonaqlıq və ad günü süfrələrinizə yaraşacaq bir salat.

Lazım olan ərzaqlar:

  • Mayonez
  • 1 ədəd böyük kök
  • 300 qr toyuq filesi
  • Duz
  • 3-4 ədəd turşu xiyar
  • 3 ədəd bibər (yaşıl, sarı, qırmızı)
  • 200 qr göbələk konservi
  • İstiot

Əvvəlcə toyuq və kökü ayrı-ayrı qablarda suda qaynadın. Hazır olduqda soyudub kökü uzun-uzun, nazik şəkildə doğrayın.

Digər ərzaqları – bibərləri, turşu xiyarı, göbələyi də eyni qayda ilə doğrayın.

Toyuq ətini əlinizlə nazik, uzun şəkildə didin.

Bütün ərzaqları bir qabda duz, istiot və mayonez vurub qarışdırın.

Zövqünüzə uyğun şəkildə bəzəyib süfrəyə verin.

Nuş olsun!

Biber salati

Biber salati

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-24T12:13:48+00:00 April 19th, 2015|Salatlar|0 Comments

Leave A Comment