//Sadə Blinçik

Sadə Blinçik

Blincik resepti.

Blini bəlkə də ən qədim un məmulatı sayıla bilər. Demək olar ki, bütün xalqların mətbəxində müxtəlif növ blinilər mövcuddur, ruslarda “блины” və ya “блинчик”,fransızlarda nazik krep (crêpes), monqol qambiri,chin blinchikləri,ingilislərdə “pancake” və s. və ilaxır. Bir sözlə, blinilərin müxtəlifliyi olduqca zəngindir. Bliniləri müxtəlif içliklə və ya içliksiz – bal, xama,qatılaşdırılmış süd,mürəbbə və s. ilə yeyirlər.

Lazım olan ərzaqlar:

  • 1-2 x.q şəkər (əgər şirin olmasını istəmirsizsə şəkəri 1 ç.q. tökün)
  • 280 qr un ( 1 st + 1/4 st)
  • 500 ml süd ( 2 st)
  • 3 yumurta
  • 1 ç.q. duz (dolu olmayan)
  • 3 x.q. bitki yağı

Yumurta, duz və şəkəri qarışdırın.

Südü əlavə edib qarışdırın.

Unu az-az əlavə edin və qarışdırın ki, un yumurlanmasın.

Bitki yağını da töküb eynicinsli məhlul olana qədər yaxşı qarışdırın.

Belə duru məhlul alınmalıdı. Xəmiri 15-20 dəqiqə kənara qoyun.

Sonra tavanı yaxşı qızdırıb yağlayın. Yağı tavaya tökmək lazım deyil, sadəcə tavanı yağla silmək lazımdı. Bunun üçün mətbəx fırçasını və ya təmizlənmiş kartofun bir hissəsini çəngələ taxıb yağa batırıb tavanı yağlaya bilərsiz. Tava yaxşı qızandan sonra çömçə ilə xəmirdən götürüb tavaya tökün və tavanı əlinizdə çevirərək xəmiri dairəvi şəkildə hər yerinə yayın.

Xəmirin üzərində deşiklər əmələ gəlməyə və qıraqları qurumağa başlayanda o biri üzünə çevirib 1-2 dəqiqə də qızardıb götürün.

Blinçikləri kərə yağı ilə yağlayıb da yığa bilərsiniz. Mən yağlamadım. Biz xama və mürəbbə ilə səhər yeməyində yedik 🙂

Blini bişirmək heç də düşündüyünüz kimi çətin deyil, ilk dəfə bişirəcək olanlar heç qorxmasınlar blush

Nuş olsun!

Blincik resepti

Blincik resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-09-23T22:07:15+00:00 August 13th, 2014|Qəlyanaltılar|0 Comments

Leave A Comment