//Brokkoli Şorbası

Brokkoli Şorbası

Brokkoli – gül kələminin bir növüdür, kiçik yaşıl ağacı xatırladır. Brokkoli çox faydalı tərəvəzdir, bir çox orqan sistemlərinin fəaliyyətinə müsbət təsir göstərir, faydalı elementlərlə zəngindir. Bir çox ölkələrin mətbəxində məşhurluq qazanmış brokkolini müxtəlif formalarda hazırlayırlar.
Bu reseptdə sizə brokkoli və qaymaq ilə hazırlanan zərif şorba təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • Duz
  • 1,5 litr su
  • 1 ədəd soğan
  • 1 ədəd brokkoli
  • 2-3 ədəd kartof
  • 250 ml qaymaq
  • Kərə yağı
  • İstiot

Soğanı xırda doğrayıb kərə yağında qızardın.

Üzərinə kartofu doğrayıb töküb birlikdə bir az qızardın.

Ayrı qazanda təxminən 1.5 litr su qaynadıb, içinə qızardılmış soğan və kartofu tökün, kartof bir az yumşalana qədər bişirin.

Brokkolini kiçik hissələrə ayırıb şorbaya qatın, duz və istiot vurub 10 dəqiqə qaynadıb kənara çəkin.

Şorbanı blender ilə duru hala gələnə qədər qarışdırın.

Qaymağı əlavə edib 2 dəqiqə qaynadın və şorba hazırdır.

Şorbanı süfrəyə az yağda qızardılmış çörək ilə verirlər. Çörəyi kiçik hissələrə ayırıb bir az kərə yağında, duz, istiot vurub qızardın.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-02-14T22:57:48+00:00 March 31st, 2015|Şorbalar|0 Comments

Leave A Comment